Haqqımızda

Biz kimik ?

“Karabakh Is Azerbaijan” platforması 13.07.2020 tarixində bir qrup vətənpərvər gənc tərəfindən yaradılıb. Platforma qısa müddət ərzində sosial şəbəkələrdə (Facebook 34.000, Telegram 2000, Whatsapp 7000 , İnstagram 20.000 və s.) geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik Platforması) , İsrail (Likud Gənclər qolu), Amerika (Yəhudi icması, Amerikada Yaşayan Azərbaycanlılar)  kimi ölkələrdə və Azərbaycanda olan müxləlif platformalar ilə əməkdaşlıq etməyə başlamışdır.
Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformamızın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ həqiqətlərindən agah etməkdir.

Nə edirik?

  • İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması;
  • İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, görüşlər və s.) təşkil edilməsi;
  • Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimər, görüşlər və s.) təşkil edilməsi;
  • Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi; 
  • Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi.

Gördüyümüz işlər

Qarabağ xatirələri

Niyə Qarabağ xatirələri ?

Layihədə Azərbaycanın işğal edilmiş fərqli ərazilərində eyni problemlərlə üz-üzə qalmış insanların problemlərinin işıqlandırılması nəzərdə tutulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yerlərini tərk etmək məcburiyyətində qalan insanların, Qarabağ münaqişəsi zamanı çəkdikləri çətinlikləri və hazırda gündəlik məişət həyatlarının beynəlxalq arenaya əks etdirilməsi nəzərdə tutulur.

Layihə haqqında

 “Memories in Karabakh” (tərc. “Qarabağda xatirələr”) ideya-konsepti qədim Azərbaycan torpağı olan Qarabağ və onun ətraf bölgələrində tarixən məskunlaşmış, yaşamış, Ermənistan Silahlı Qüvvələrinin amansız və işğalçı rejimi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın xatirələrindən ibarət bədii-bioqrafik janrda çox seriyalı, qısametrajlı veriliş layihə proqramıdır.

Layihənin məqsədi

Layihənin əsas məqsədi Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın çəkdiyi çətinlikləri, Ermənilərin törətdikləri vəhşilikləri və Azərbaycan xalqına qarşı törədilən cinayətləri dünya arenasına çatdırmaq və dünyanı agah etməkdir.

Layihənin hədəf auditoriyası

  • Qarabağla bağlı geniş məlumata malik olmayan yerli və xarici vətəndaşlar
  • Mədəniyyət, siyasət və ictimai xadimləri
  • Yerli və Xarici Jurnalistlər
  • Xarici media portalları

Layihə çərçivəsində görülən işlər

Layihənin ilk mərhələsində Ağdam və Cəbrayıl rayonlarında çəkiliş qrupumuz tərəfindən çəkilişlər həyata keçirilmişdir. Bu çəkilişlər Sosial media hesablarımızda, Youtube kanalımızda və eyni zamanda bir sıra xarici kanallarda paylaşılmışdır. Hazırda layihənin növbəti mərhələləri üstündə hazırlıqlar davam edir.

Layihə zamanı həyata keçirilən çəkilişlərə Youtube kanalımıza tanış ola bilərsiniz

YOUTUBE KANALIMIZA KEÇİD ÜÇÜN TIKLAYIN

KIAz Marafon

13.07.2020-cil il tarixindən etibarən Erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmağı hədəflədiyimiz günlük marafon seriyamız həyata keçirilir. Marafon müddətində Amerika, Almaniya, Türkiyə, Rusiya və s. ölkələrin Twitter platformasında tarix, beynəlxalq münasibətlər, araşdırma və s. mövzularda 80 (günlük 1) marafon baş tutdu. Marafon müddətində “Türk Dünyası Birlik platforması” , “Likud Gənclər qolu” , “Hollandiyada yaşayan Türklər” və s. xarici və 10-larla yerli platforma ilə birlikdə 160.000-dən çox gəncin iştirakı ilə ümumilikdə 8 milyon tvit atılmış, onların nəticəsi olaraq tvitlərimiz 2 milyard insana çatmışdır.

KIAz Media

Karabakh is Azerbaijan platformasının daxilində fəaliyyət göstərən KİAzMedia-da gənclər tərəindən müxtəlif sahələrdə araşdırma işləri həyata keçirilir. Həyata keçirilən araşdırmalar faktlara və hüquqi sənədlərə əsaslanaraq həyata keçirilir.

Yerli və xarici media qurumları üçün Ermənistan SQ daxilində Suriya və Livandan olan muzdlu əsgərlərin 2-ci Qarabağ müharibəsində döyüşdürülməsi haqqında araşdırma aparılmış və video kontent hazırlanmışdır. Hazırlanan video kontent Kanadalı siyasi analitiklər,  Al-Jazeera kanalı, Müxtəlif ölkələrin Azərbaycandakı səfirləri və bir çox dövlət rəsmisi tərəfindən paylaşılmışdır.

 Ermənilərin müxtəlif mövzularda dezinformasiyaları haqqında 10-dan çox sənədli araşdırma videosu hazırlanmışdır. Hazırlanan video kontent Kanadalı siyasi analitiklər,  Al-Jazeera kanalı, Müxtəlif ölkələrin Azərbaycandakı səfirləri və Bir çox dövlət rəsmisi tərəfindən paylaşılmışdır.

Instagram Viral

2-ci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən qətlə yetirilmiş mülki şəxslər haqqında dünyaya məlumat vermək üçün, Naftalan şəhərində qətlə yetirilmiş azyaşlı futbolçu Şəhriyar Qurbanova həsr edilən viral layihəsi insanların ermənilərin müharibəni konflikt zonadan  xaricə, yəni Azərbaycanın digər ərazilərinə daşımaq istəklərini və əsasən mülki əhalini hədəf almalarını əks etdirmək üçün  #JusticeForNaftalan hastagı ilə həyata keçirildi. Eventin əsas məqsədi şüur altı mesaj verməklə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaqdır.Event 10-larla yerli şirkətin və bir çox tanınmış şəxsin iştirakı ilə həyata keçirilmişdir.

Project Nightfall

Agon Hare tərəfindən həyata keçirilən Nightfall layihəsi dünyada 10 milyonlarla şəxs tərəfindən izlənilir. 2-ci Qarabağ müharibəsi zamanı Agon Harein Nightfall layihəsi ilə tərəfləri sülhə çağırması və Ermənistanın çox gözəl bir yer olduğunu açıqlaması səbəbi ilə KİAz team olaraq Qarabağ müharibəsi və Azərbaycanın sülh üçün gördüyü işlər haqqında sənədli video-kontent hazırlanmış və göndərilmişdir. Hazırladığımız videodan sonra Nightfall-da payaşılan video silinmişdir.

Yardım aksiyaları
  • Bakı Mühəndislik Universteti müəllimləri ilə birlikdə cəbhəyanı bölgələrdən Bərdə rayonuna müvəqqəti köçürülmüş qadınlar, uşaqlar, xəstə və yaşlılar üçün yardım aksiyası təşkil edilmişdir. Aksiya çərçivəsində müxtəlif ləvazimatlar yardıma ehtiyacı olan şəxslərə çatdırılmışdır.
  • Bakı Mühəndislik Univeristeti müəllimləri ilə birlikdə Tərtər rayonunda olan hərbiçilərimiz üçün  yardım aksiyası təşkil edilmişdir. Aksiya çərçivəsində müxtəlif ləvazimatlar yardıma ehtiyacı olan şəxslərə çatdırılmışdır.
Niyyətimiz Qarabağ

25 xarici ölkə vətəndaşının iştirak etdiyi videoçarx

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olması, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışması və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışmasını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu və sonda “Karabakh is Azerbaijan (Qarabağ Azərbaycandır)” cümləsini söyləyən 25 müxtəlif ölkədən olan gənc ilə video çarx hazırlanmışdır.

Məqalə və Data baza
  • Beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsi haqqında lehimizə yazılan siyasi, iqtisadi və tarixi məqalələrin hazırlanması və tərcüməsi həyata keçirilir (12 müxtəlif dilə)
  • Bir qurp müəllim və tələbə tərəfindən Data bazanın hazırlanması prossesi davam edir.
Sosial Təhlükəsizlik

13.07.2020 tarixindən etibarən ermənilər tərəfindən fake və dezinformativ məlumatların yayımlandığı 1500-ə yaxın hesabı silinmiş, əlavə olaraq vətəndaşlarımızın ermənilər tərəfindən silinən 2000+ hesabı geri qaytarılmışdır.

Əməkdaşlıq

Azərbaycanda olan bir çox müxtəlif platforma və xaricdə olan, həm Azərbaycanlı,  həm də digər ölkələrin disaporları ilə əlaqələr qurulmuşdur.

Niyə edirik?

İllərdir sistemli şəkildə aparılan Erməni propaqandasına qarşılıq olaraq dünya ictimaiyyətində erməni yalanlarının aşkar edilməsi, gələcək nəsillərimiz üçün faktlar və tutarlı mənbələrdən ibarət bazanın yaradılması, həm daxili, həm xarici ictimaiyyətdə Qarabağ problemi haqqında dövlət strategiyasına uyğun fikrin formalaşdırılması üçün fəaliyyət göstəririk.

Back to top button