FotolarHərbiXəbərlər

ANAMA cəbhəboyu ərazilərdə 29 top mərmisi aşkarlayıb FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 24 (iyirmi dörd) müraciət daxil olub.

Bu barədə ANAMA-dan bildirilib.

Məlumata görə, daxil olmuş 24 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər, Xocavənd və Salmanbəyli kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Bərdə rayonunun Soğanverdilər, Əmirli, Şahvəlilər, Daşkənd və Yenidaşkənd kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Goranboy rayonunun Həmənli kəndi, Şəmkir rayonunun Bayramlı kəndi, Tərtər rayonunun Dəmirçilər, Kəbirli, Səhləbad, Borsunlu kəndləri, Nizami və Ş.İ.Xətai küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket və 1 ədəd top mərmisi partlayış yolu ilə zərərsizləşdirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button