Analizİndi aktualdırSiyasi

Azərbaycanda hərbi hərəkətlilik: əməliyyatlara hazırlıq, ya təlim?


Bəzi dövlət qurumları isə hərbi sirr təşkil edəcək məlumatları yaymamağa çağırır və təxribatlar barədə xəbərdarlıq edirlər.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan-Azərbaycan arasında hərbi təxribatların intensivləşməsi ilə bağlı ölkə vətəndaşlarına müraciət edib və onları sosial şəbəkələrdə yayılan məlumatlardan ehtiyatlı olmağa çağırıb.

Başqa bir təhlükəsizlik orqanı Daxili İşlər Nazirliyi paytaxt Bakıda sahiblərindən müsadirə olunduğu iddia edilən “pikap” tipli avtomaşınların qeydiyyatının aparıldığını rəsmən təsdiqləyib.

Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri şikayət ediblər ki, ölkədə “səfərbərlik” adı ilə onların “pikap” avtomobilləri polis tərəfindən müsadirə olunub.

Ölkədə hərbi hazırlıq ab-havasının olmasını şərhçilər Prezident İlham Əliyevin bir neçə gün əvvəlki çıxışında da sezdiklərini deyirlər.

Azərbaycan prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində deyib ki, Ermənistanla Qarabağ münaqişəsinin həlli barədə “danışıqlar getmir” və o, bu prosessi “mənfi qiymətləndirir”.

İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşdığını deyib: “Bu ilin iyulunda baş verən hadisələr onlar üçün dərs olmalı idi, amma əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Əlaqəli postlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button