Layihələrimiz

Marafon
Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunmuşdur. Marafonumuzun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Bu günə qədər üzvlərimiz vasitəsilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #KIAZteam heşteqlərindən istifadə edərək Türkiyə, Fransa, Belçika, ABŞ kimi ölkələrin Twitter`ində trenddə ilk sıralarda və Dünya trendində isə ilk 5-də yer almışıq.

Video
Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolarımız hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək. Videolarda tarixi faktlar, xarici vətəndaşların və xaricdə yaşayan həmyerlilərimizin bizə olan dəstəyi öz əksini tapır.

Qarabağ xatirələri
Layihədə Qarabağda yaşayan ailələr haqqında məlumat vermək nəzərdə tutulub. Erməni işğalından əvvəl Qarabağda yaşayan ailələrin fotoşəkillərini paylaşmaqla onların hansı illərdə Qarabağda yaşadıqları və ailələrin soy ağacları haqqında məlumat veriləcək. Bu layihə Qarabağın bizə mənsub olduğunu dünyaya çatdırmaq üçün çox vacib nüansdır.

Back to top button