Yalan-doğru təftiş

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası münaqişə barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən,  BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. 

1983-cü il aprelin 24-də ermənilər “genosid gününü”  bəhanə edərək, İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda)  azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. Bu cür hadisələr İrəvan şəhərində və azərbaycanlıların kompakt şəkildə yaşadıqları Ermənistanın 22 rayonunda müxtəlif vaxtlarda, müxtəlif formada baş verirdi. Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında göstərilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s.

1985-ci ilin martında Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən sonra ermənilər xeyli fəallaşmışdılar. M.Qorbaçovun elan etdiyi “yenidənqurma” və “aşkarlıq” prinsipləri Dağlıq Qarabağda erməni separatizminin yenidən baş qaldırmasına şərait yaratmışdı. Kremldə yüksək vəzifəli ermənilərin tam əhatəsində olan M.Qorbaçov, 1987-ci ilin oktyabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefaya göndərilməsinə nail oldu.

Həmin ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüşdü. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli hədiyyələr bağışlamış ( Nadir Şah Əfşarın almaz daş-qaşı) , M.Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini müdafiə etməyi xahiş etmişdilər.

Fevralın 26-da Kremldəki erməni lobbisinin başçısı, M.Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin («Латинская Америка» jurnalının redaktoru Serqo Mikoyanın qayını Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdi.  Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etmir. DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük məbləğ olan 400 milyon rubl ayırılacağını vəd edir. M.Qorbaçovun Dağlıq Qarabağı Ermənistana verməyə cəsarət etmədiyinə əmin olan ermənilər, əvvəlcədən hazırladıqları planı işə saldılar – Sumqayıt iğtişaşlarını törətdilər.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub[1]. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”.

Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir.

Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.

 İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır”. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Həbs edilmiş Əhməd Əhmədovun məhkəmə prosesi qanuna zidd olaraq, Azərbaycanda deyil, Moskvada keçirildi.Məhkəmə prosesində cinayəti sübuta yetirilməyən Əhməd Əhmədov güllələnmə hökmünə məhkum edildi.

Hadisələrdən sonra Mixail Qorbaçov demişdi ki, “Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib.” Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsilə nəticələndi.

Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il yanvarın 25-də Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.

1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və  M.F.Axundov adına azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı.
İyunun 17-20-də İrəvanda Teatr meydanında toplaşan silahlı erməni dəstələri İrəvan ətrafında azərbaycanlıların kompakt yaşadıqları Masis (Zəngibasar) rayonunun mərkəzinə, Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, orada gecələməyə məcbur olmuşdular.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DQMV haqqında məsələ müzakirə edilmiş və respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul edilmişdi. Bundan sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar. Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!” 1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq meydanı”nda təqribən yarım milyon iştirakçının toplaşdığı mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Erməni silahlı dəstələri 1918-1920-ci illərdə olduğu kimi, azərbaycanlı yaşayış məntəqələrinə hücumlar edir, əhalini silah gücünə qovur, əmlaklarını talayırdılar. Həmin gün İrəvan şəhərində komendant saatı tətbiq edilsə də vəziyyət dəyişməmişdi. İrəvan şəhərinin köklü sakinləri, sonuncu azərbaycanlı ailələri şəhəri tərk edirdilər.

1988-ci ilin noyabr ayının sonuncu ongünlüyü Ermənistanda azərbaycanlıların sonuncu deportasiyasının sonuncu mərhələsi idi. Amasiya rayonunda blokada şəraitində qalan 10 min nəfərdən artıq azərbaycanlı əhali istisna olmaqla, Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdı. Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək ötən müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 250 min azərbaycanlı əhali tarixi-etnik torpaqlarından qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

   Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

    1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. Xankəndində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı və 81-ci alaylarının iştirakı ilə həyata keçirilmişdi. Fevralın 13-17-də erməni silahlı dəstələrinin Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışdılar.

 Ümumilikdə əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 101 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub.

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[3] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

” Ayağımı 9-11 yaşlı uşaq meyitinin üstünə qoydum.. “

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımında müəllif yazır:

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”…

      1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. Daha Sonra BMT 4 qətnamə qəbul etdi .

Qətnamə 822 : Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.30 aprel, 1993

Qətnamə 853 : Bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.29 iyul, 1993.

Qətnamə 874  : Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.14 oktyabr, 1993.

Qətnamə 884 : Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.12 noyabr, 1993

Ermənistan nəinki qətnamələrə əməl etmir, həmçinin atəşkəsdən sonra da sivil vətəndaşları , evləri, xəstəxanaları, tikililəri atəşə tutur, təxribat törədir. Bu günlərdə  Tovuz rayonuna hücum edən ermənilər, yeni ərazi iddialarına qapılmışdır. İnsan haqlarını heçə sayan Ermənistanın Xocalıda etdiyi Soyqırım bütün dünya icitimaiətinə bəllidir.

Hesablamalara əsasən, bu münaqişə nəticəsində, Azərbaycanın 890 şəhər, kənd və qəsəbəsi işğal edilib. Bundan başqa, işğal edilmiş ərazilərdə 102 min ev, 7000 inzibati bina, 695 səhiyyə müəssisəsi, 693 orta məktəb, 927 kitabxana, 310 sənaye və tikinti müəsisəsi, 464 tarixi abidə və muzey, 6 dövlət teatrı və musiqi studiyası dağıdılıb.

İnfrastruktur və telekommunikasiya sahəsində zərər :

Dəmir yolu – 240,4 kilometr; Avtomobil yolu – 800 kilometr; Körpülər – 160; Su anbarları – 3 (əsas su anbarı olan “Sərsəng” daxil olmaqla); Su xətti – 2300 kilometr; Hava limanları – 4 (əsas hava limanı olan Xocalı aeraportu daxil olmaqla); Qazpaylayıcı şəbəkə – 35; Qaz kəməri – Bakı-Xankəndi (Stepanakert)-Naxçıvan; Transformator stansiyasiyaları – 2500; Elektrik xətləri – 15 min kilometr; Telekommunikasiya – 35 mindən çox abunəçi.

İlkin hesablamalara görə, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana təxminən 60 milyard dollar zərər dəyib.

Back to top button