İndi aktualdırSiyasiXəbərlər
Erməni ekspert: “İran prezidenti tərəfindən Paşinyana yönəlmiş təbrikin gecikməsi artıq narahatlıq yaratmalı olan mesajdır”

“İrandan Ermənistanın müstəqillik bayramı ilə bağlı təbrik olacaq, ancaq bunu gecikdirmək özlüyündə artıq mesaj ehtiva edir”.
Erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.
O qeyd edib ki, bu hadisə müəyyən dərəcədə narahatlıq yaratmalıdır, çünki iranlılar diplomatik mesajlar siyasətinin tərəfdarıdırlar, tez-tez mesajlar vasitəsilə öz mövqelərini aydınlaşdırmağa çalışırlar.
“İran prezidenti Həsən Ruhani tərəfindən Nikol Paşinyana yönəlmiş təbrikin gecikməsi artıq mesajdır”, – deyə Voskanyan vurğulayıb.