İndi aktualdırXəbərlər

Anna Akopyan Ermənistanda “sülhü” təbliğ edir?

Ermənistan baş nazirinin həyat yoldaşı, ölkələrə “sülhə” səsləyən Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir. Bu barədə Anna Akopyanın rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə keçiriləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaş arası qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

Erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi hazırlıq təlimləri Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın təşəbbüsü və Ermənistan Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Proqram çərçivəsində iştirakçılar 45 gün kazarma şəraitində hazırlaşacaqlar və əsgər bacarıqları əldə edəcəklər.

Düşərgə iştirakçılarının gündəlik həyatı Ermənistan Silahlı Qüvvələrində qəbul olunmuş formatla təşkil olunacaq. Hərbi hissənin gündəlik cədvəlinə əsasən, saat 06:30-da yuxudan durma, gimnastika, səhər yeməyi, sinif və çöl məşqləri və s. olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button