Araşdırmaİndi aktualdır

Ermənistanda ordudan azad etmək üçün 2500-6500 dollar müqabilində rüşvət işi – ƏTRAFLI

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları ordudan azad olma prosesində açıqlamalar verməyə davam edirlər. Bu dəfə müttəhimlər kürsüsündə iki qadın və bir kişi oturub.

Nvard Osipyanın 2014-2018-ci illərdə daimi və ya müvəqqəti bir işi olmadan bir sıra Ermənistan vətəndaşlarına bilərəkdən birbaşa fırıldaq və saxta yolla pul ələ keçirmə niyyəti ilə özünü tibb müəssisələrinin, Ermənistan Müdafiə Nazirliyinin hərbi hospitalının və ya Ermənistan Müdafiə Nazirliyi administrasiyasının nəzarət idarəsinin əməkdaşı kimi təqdim etməkdə günahlandırıldığı məlum olub.

O, dələduzluq yolu ilə, Ermənistana müvafiq dərman idxal edə biləcəyini, müvafiq vəzifəli şəxslərə rüşvət verməklə Ermənistan Müdafiə Nazirliyi tərəfindən mənzil əldə etməyi təşkil edə biləcəyini, habelə oğullarını məcburi hərbi xidmətdən azad edə biləcəyini, üstünlük verdikləri digər xidmət yerinə köçürə biləcəyini vəd edərək, daha sonra saxta yolla külli miqdarda vəsait tələb edərək ələ keçirib. Aldığı rüşvətlərdən 3 hal üzrə rüşvət verməyə də cəhd göstərdiyi müəyyən edilib.

Vardan Kirakosyan 2016-cı ilin may ayında səlahiyyətləri daxilində vəzifəli şəxs tərəfindən oğlu Tatul Kirakosyanın lehinə hərəkət etməkdə Nvard Osipyanla, Kirakosyan vasitəsi ilə vəzifəli şəxsə 3.686.915 dram həcmində (6500 dollar) böyük miqdarda rüşvət verməyə razılaşmaqda günahlandırılır. Ancaq Nvard Osipyan tərəfindən göstərilən məbləğin dələdüzluq yolu ilə mənimsənilməsi nəticəsində cinayət onun iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Sofia Qrigoryan, oğlu Karen Davtyanı məcburi hərbi xidmət sahəsindən hospitala köçürmək və hərbi xidmətdən vaxtından tez tərxis edilməsi üçün Nvard Osipyana 1.192.500 dram həcmində (2500 dollar) xüsusilə böyük bir miqdarda rüşvət verməkdə günahlandırılır, lakin bu halda da cinayət sona çatdırılmayıb.

Əlaqəli postlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button