Karabakh is Azerbaijan platforması “Fəxri fərman” ilə təltif olunub - KIAZ Platform
KIAZ

Karabakh is Azerbaijan platforması “Fəxri fərman” ilə təltif olunub

Fevralın 2-də Gənclər Günü münasibətilə Milli Məclisin Gənclər və İdman Komitəsində ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə Komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyevlə arasında görüş keçirilib.

Karabakh is Azerbaijan (KİAZ) platformasının həmtəsisçisi, Bakı Dövlət Universitetinin Təhsilin elektronlaşdırılması layihəsinin rəhbəri, “Agdam.org” layihəsinin təsisçisi, “Mentor tap” sosial layihəsinin icraçı direktoru Şəbnəm Səfərova 44 günlük Vətən Müharibəsi dövründə arxa cəbhədə və informasiya müharibəsi sferasında görülən işlərdən danışıb.

Şəbnəm Səfərova Kiaz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətə görə Milli Məclisin gənclər və idman komitəsinin “Fəxri fərmanı” ilə təltif olunub.

Şəbnəm Səfərova bundan öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, PwC audit şirkəti, BP Neft şirkətində maliyyə məsələləri üzrə analitik olaraq fəaliyyət göstərmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
azAZ
en_USEN azAZ