İndi aktualdırİnformasiya müharibəsiKIAZ
KIAZ komandasının daha bir uğuru!

Karabakh is Azerbaijan platforması tərəfindən Erməni vəhşiliklərini dünyaya çatdırmaq və 2-ci Qarabağ müharibəsi zamanı ermənilərin yaydığı yalan məlumatların qarışını almaq üçün Twitter üzərində 04.10.2020 tarixində təşkil etdiyimiz marafonun nəticələrini sizinlə bölüşürük. Gəncədə baş verən hadisələrlə əlaqəli hazırladığımız postlarda gündəmə uyğun olaraq seçdiyimiz #Ganja hashtag’i ilə USA Twitter Trendindən 1-ci sırada yer almışıq.
Statistikalara əsasən ümumilikdə 45.4k twit atılmışdır. Bu twitlərin 34%-i Azərbaycandan, 30%-i USA-dən, 10 % Ermənistandan, 1.3% Pakistandan, 10% isə digər ölkələrdən atılmışdır.



