KIAZKiaz Hesabatları

KIAZ Team 01.10.2020-14.10.2020 hesabatı

“Karabakh is Azerbaijan ’’ platforması

Hesabat:

“Karabakh Is Azerbaijan” platforması tərəfindən 01.10.2020-14.10.2020 arasında həyata keçirilən işlər.

Platformanın əsas məqsədi bütün fərqlilikləri bir kənara qoyub ortaq məqsəd altında birləşmək: informasiya müharibəsindəki iştirakı koordinasiya etməklə Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, düzgün informasiyanın seçilmiş dəqiq hədəf kütlələrinə çatdırılmasına nail olmaq.

  1. “KIAz Marafon”

Erməni terrorunun dünya ictimaiyyətinə çatdırmağı hədəflədiyimiz günlük marafon seriyası oldu. Marafon müddətində ABŞ, Almaniya, Türkiyə, Rusiya, Gürcüstan və s. ölkələrin Twitter platformasında tarix, beynəlxalq münasibətlər, hüquq və s. mövzularda 10 marafon baş tutdu. Marafon müddətində “Türk Dünyası Birlik platforması” , “Likud Gənclər qolu” “Hollandiyada yaşayan Türklər” və s. xarici və onlarla yerli platforma ilə birlikdə 100.000-dən çox gəncin iştirak ilə ümumilikdə 2 milyon tvit atılmış, onların nəticəsi olaraq tvitlərimiz 2 milyard insana çatmışdır.

  • “KIAz media”

Yerli və xarici media üçün Ermənistan tərəfində Suriya və Livandan olan muzdluların Qarabağda döyüşməsi, Ermənistanda uşaqların ciddi hərbi təlimlərə cəlb edilərək sui-istismarı və digər mövzularda 10-dan çox sənədli araşdırma videosu hazırlanmışdır. Hazırlanan video kontentlər Al-Jazeera başda olmaqla bir çox xarici media portalı və Kanadalı siyasi-analtik, Azərbaycanın xaricdəki səfirləri daxil olmaqla onlara tanınmış şəxs tərəfindən paylaşılmışdır.

  • Instagram Viral

Son raket hücumları zamanı Naftalanda ailəsilə birgə həlak olmuş azyaşlı futbolçu Şəhriyar Qurbanova həsr edilən viral layihəsi insanların ermənilərin müharibəni konflikt zonadan kənara, yəni Azərbaycanın digər ərazilərinə daşımaq istəklərini və əsasən mülki əhalini hədəf almalarını əks etdirmək üçün  #JusticeForNaftalan hastagı ilə həyata keçirildi. Layihə onlarla yerli şirkətin iştirakı ilə həyata keçirilmişdir.

  • Yardım Aksiyası

Bakı Mühəndislik Univeristeti ilə birlikdə cəbhəyanı bölgələrdən Bərdə rayonuna müvəqqəti köçürülmüş qadınlar, uşaqlar, xəstə və yaşlılar üçün yardım aksiyası təşkil edilmişdir. Aksiya çərçivəsində müxtəlif ləvazimatlar yardıma ehtiyacı olan şəxslərə çatdırılmışdır.

  • Əməkdaşlıq

Son bir həftə ərzində bir çox xarici ölkədə olan Azərbaycan və digər icmalarla məlumatların daha geniş yayımlanması məqsədilə əlaqələr yaradılmışdı.

1. Gürüstanda yaşayan Diaspora rəhbərliyi və Azərbaycanlı deputatlar

2. Amerikdakı Azərbaycan və Yəhudi icmaları

3. Hollandiyada yaşayayn Türklər və s.

  • Project Nightfall

Agon Hare tərəfindən həyata keçirilən Nightfall layihəsində tərəflərin sülhə çağırlması və Ermənistana səyahət etdiyi üçün oraya mənəvi cəhətdən daha yaxın olmasıyla bağlı açıqlaması səbəbi ilə KİAz team olaraq Qarabağ müharibəsi və Azərbaycanın sülh üçün son 26 ildə apardığı danışıqlar haqqında sənədli video-kontent hazırlanmış və göndərilmişdir. Hazırladığımız videodan sonra Nightfall-da paylaşılan video silinmişdir.

  • 25 xarici ölkə vətəndaşının iştirak etdiyi videoçarxlar

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olması, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışması və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışmasını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu və sonda “Karabakh is Azerbaijan (Qarabağ Azərbaycandır)” cümləsini söyləyən 25 müxtəlif ölkədən olan gənc ilə video çarx hazırlanmışdır. 

  • Məqalələrin hazırlanması

Beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsi haqqında lehimizə yazılan siyasi, iqtisadi və tarixi məqalələrin 12 müxtəlif dilə tərcüməsi həyata keçirilir.

  • Sosial təhülkəsizlik

07.10.2020 tarixindən etibarən ermənilər tərəfindən yalan məlumatların yayımlandığı 100-ə yaxın hesab silinmiş, əlavə olaraq vətəndaşlarımızın ermənilər tərəfindən silinən 250+ hesabı geri qaytarılmışdır.

  • Media

Son 2 həftə ərzində Al-Jazeera, NTR, CBC və s. media kanallarında həyata keçirdiyimiz işlər haqqında məlumat verilmişdir. Əlavə olaraq 2 həftə ərzində bütün beynəlxalq media kanallarına və Beynəlxalq təşkilatlara baş verən hadisələr ilə bağlı press-reliz və məlumatlar göndərilmişdir.

“Karabakh is Azerbaijan” platfroması İdarə heyəti:

#KIAZteam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button