SiyasiXəbərlər

Paşinyanın və Ermənistan parlamentinin Qarabağın statusu məsələsini həll etmək hüququ yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın statusu məsələsini həll etmək üçün heç bir hüququ yoxdur.

Bunu Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib. 

“Ermənistan parlamentarilərinin Qarabağ sakinlərinə nə aidiyyəti var? Paşinyanın Ermənistan parlamentinə “Azərbaycanın Qarabağa Azərbaycan Respublikasının tərkibində muxtariyyət verəcəyi şərti ilə döyüşləri dayandırmağa razıdırlarmı?” müraciətinin heç bir mənası yoxdur” – deyə o qeyd edib. 

A.Ağacanovun sözlərinə görə, Paşinyan “Qarabağ xalqı” söz birləşməsini işlədərkən azərbaycanlıların da rəyini nəzərə almalıdır:

 “Qarabağ erməniləri Qarabağ azərbaycanlıları ilə birlikdə beynəlxalq müşahidəçilərin iştirakı ilə referendumda necə yaşayacaqlarını şəffaf formada özləri həll edəcəklər. Bu, həqiqətən də daha Ermənistan parlamentinin işi deyil”. 

Azərbaycanın Dağlıq Qarabağ sakinlərinə qarşı vuruşmadığını diqqətə çatdıran Ağacanov deyib:

“Dağlıq Qarabağın sadə sakinləri başa düşməlidirlər ki, Azərbaycan onlara qarşı müharibə aparmır. Azərbaycan Ermənistanda və Qarabağda hakimiyyətdə olan və sadə insanların azərbaycanlılarla dinc yanaşı yaşamasına mane olan şəxslərə qarşı müharibə aparır”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button