Qarabağ İnkişaf Forumu 2021 - KIAZ Platform

Qarabağ İnkişaf Forumu 2021

14 mart 20:00-da “Karabakh is Azerbaijan” Platforması və “Azerbaycan Genclik Platformu”nun birgə təşkilatçılığı ilə “Qarabağ İnkişaf Forumu” baş tutacaq.


İki paneldən ibarət forumda dünyaca məşhur, hər iki Qarabağ müharibəsində fotoqraf-jurnalist olaraq iştirak etmiş Reza Deghati, CNN Türk-ün müxbiri Fulya Öztürk, “Qarabağın Azərbaycan İcması İB”in sədr müavini, professor Gülməmməd Məmmədov, “Böyük Orta Şərq” layihəsinin müəllifi, Qarabağ münaqişəsiylə bağlı son 15 ildə 50-dən artıq debatda iştirak etmiş politoloq Əli Hacızadə, Milli Məclisin Cəbrayıl rayonu üzrə deputatı Ceyhun Məmmədov, ölkənin turizm sahəsi üzrə professional mütəxəssislərindən biri, səyyah-jurnalist Azər Qərib çıxış edəcək

Forumun məqsədi gəncləri keçmiş Qarabağ münaqişəsinin tarixi və siyasi aspektləriylə tanış etmək, qarşıda duran inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır.


Forumun iştirakçı sayının 1000 nəfərdən artıq olacağı gözlənilir.
“Qarabağ İnkişaf Forumu”nun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Back to top button
azAZ
en_USEN azAZ