Qarabağ münaqişəsinin genişlənməsi mümkündür? | Amerikalı analitiklərin baxışları - KIAZ Platform
AnalizHərbiİndi aktualdırXəbərlər

Qarabağ münaqişəsinin genişlənməsi mümkündür? | Amerikalı analitiklərin baxışları

Amerikalı analitiklər və keçmiş diplomatlar Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlamasını və region dövlətlərinin iştirakını müzakirə edirlər.

Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus Dövlət Departamentinin bəyanatında xəbərdarlıq edir ki, üçüncü qüvvələrin münaqişəyə cəlb olunması regional gərginliyin artmasına töhfə verəcək.

ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik vəziyyəti olduqca gərgin qiymləndirir.

“Tərəflər sülhə sadiq olmalı və bir müddətdir baş verməyən ciddi danışıqlar prosesinə başlamalıdırlar”, – deyə Uorlik qeyd edib.

Minsk qrupunun başqa bir amerikalı keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, tərəflərdən hansının toqquşmanı başlatdığını demək çətindir.

Onun fikrincə, danışıqlar prosesi Ermənistan Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır, vəssalam” bəyanatından sonra pozulub və bunu cəbhə xətti boyunca silahların toplanması, Ermənistan-Azərbaycan sərhədində iyul toqquşmaları izləyib. Brayza qeyd edib ki, Türkiyə və Rusiya bu bölgədə Minsk qrupunun buraxdığı boşluğu doldurur.

Analitik Pol Stronski son dövrdə tərəflər arasında gərginliyin və aqressiv ritorikanın artması, beynəlxalq vəziyyətin gərginləşməsi və böyük sayda ölümcül silahların tərəflərin əlində cəmləşməsi də daxil olmaqla bir sıra amilləri gərginliyin əsasında görür.

Əlaqəli postlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
azAZ
en_USEN azAZ