Qarabağ xatirələri

Niyə Qarabağ xatirələri ?

Layihə Azərbaycanın işğal edilmiş fərqli ərazilərində eyni problemlərlə üz-üzə qalmış insanların problemlərinin işıqlandırılması nəzərdə tutulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yerlərini tərk etmək məcburiyyətində qalan insanların, Qarabağ münaqişəsi zamanı çəkdikləri çətinlikləri və hazırda gündəlik məişət həyatlarının beynəlxalq arenaya əks etdirilməsi nəzərdə tutulur.

Layihə haqqında: “Memories in Karabakh” (tərc. “Qarabağda xatirələr”) ideya-konsepti qədim Azərbaycan torpağı olan Qarabağ və onun ətraf bölgələrində tarixən məskunlaşmış, yaşamış, Ermənistan Silahlı Qüvvələrinin amansız və işğalçı rejimi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş vətədaşlarımızın xatirələrindən ibarət bədii-bioqrafik janrda çox seriyalı, qısametrajlı veriliş layihə proqramıdır.

Layihənin məqsədi: Layihənin əsas məqsədi Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın çəkdiyi çətinlikləri, Ermənilərin törətdikləri vəhşilikləri və Azərbaycan xalqına qarşı törədilən cinayətləri dünya arenasına çatdırmaq və dünyanı agah etməkdir.

Layihənin formatı: İstehsal ediləcək video materialları geniş auditoriyaya çatdırmaq məqsədi ilə layihənin sosial platformalarda və TV-də yayımlanması, eyni zamanda video materialların  müxtəlif dillərdə tərcümə edilməsi nəzərdə tutulub.

Layihənin hədəf auditoriyası:

  • Qarabağla bağlı geniş məlumata malik olmayan yerli və xarici vətəndaşlar;
  • Mədəniyyət, siyasət və ictimai xadimləri;
  • Yerli və Xarici Jurnalistlər;
  • Xarici media portalları;

Layihə çərçivəsində görülən işlər:

Layihənin ilk mərhələsində Ağdam və Cəbrayıl rayonlarında çəkiliş qrupumuz tərəfindən çəkilişlər həyata keçirilmişdir. Bu çəkilişlər Sosail media hesablarımızda, Youtube kanalımızda və eyni zamanda bir sıra xarici kanallarda paylaşılmışdır. Hazırda layihənin növbəti mərhələləri üstündə hazırlıqlar davam edir.

Heartbreaking truth by the spouse of martyr

Truth by the father of martyr – Jabrail, Jojugmarjanli

Back to top button