Şəhid ailələri və qazilərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə psixo-sosial təlimlərə başladıq - KIAZ Platform
KIAZ

Şəhid ailələri və qazilərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə psixo-sosial təlimlərə başladıq

KİAZ platforması və “Azərbaycanda Sosial İş” İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə psixo-sosial təlimlərə başlanmışdır.

İlk tədbir 27 yanvar “ABŞ da hərbi sosial iş” mövzusunda saat 18:00 da online olaraq keçirilmişdir.

Tədbirin spikeri ABŞ hava qüvvələrinin 126-cı bölməsinin “Psixoloji sağlamlıq ” üzrə direktoru Linda Schuh dəvətli idi. 20 illik iş təcrübəsinə malik olan klinik sosial işçi L.Schuh Washington Universiteti məzunudur. O hal-hazırda ABŞ hərbi hava qüvvələrində çalışır, hərbiçi və veteranların/qazilərin sosial-psixoloji məsələləri ilə məşğul olan bölmənin rəhbəridir. Təəssüflə qeyd edirik ki, tədbirə 1 saat qalmış xanım L.Schuh iştirak edə bilməyəciyini bildirmişdir. Tərəfimizdən ehtimal olunur ki, Vashinqtonda yaşayan erməni diasporası tərəfindən xanıma güclü təzyiq və təhdidlər edilmişdir. Onu Vaşinqton Universitetində çalışan həmyerlimiz Aytəkin Hüseynli əvəz etmiş və təlimə spiker qismində qoşulmuşdur.

Aytəkin Hüseynli Vaşinqton Unversitetinin Braun Sosial İş və İçtimai Səhiyyə Fakültəsində doktorantdır. O, magistr dərəcəsini də buradan almışdır. Hal-hazırda eyni fakültədə statistika, sosial elmlərdə tədqiqat, sosial və iqtisadi inkişaf siyasəti üzrə dərslər də deyir. Bununla yanaşı Vaşinqton Universitetinin dünya üzrə məşhur üç aparıcı mərkəzində, Sosial İnkişaf Mərkəzi, Sosial Siyasət İnstitutu və Uşaq Zorakılığı üzrə Siyasət, Tədqiqat və İnnovasiyalar Mərkəzində tədqiqatçı olaraq çalışır. Bir neçə elmi məqalələrin müəllifidir. Beynəlxalq səviyyədə isə Beynəlxalq Sosial İş və Beynəlxalq Məktəb Sosial İşi akademik jurnallarında Redaktorlar Heyətinin üzvüdür. Eyni zamanda Azərbaycan Sosial İş İçtimai Birliyin həm-təsisçisi və İdarə Heyətinin üzvüdür. Amerikada yaşmasına baxmayaraq birliyinin idarəetməsi ilə hər həftə mütamadi olaraq məşğuldur. Doktorluq təhsilindən öncə Aytəkin, Hilfsverq Avstriya Beynəlxalq təşkilatının Azərbaycan üzrə rəhbəri və Unicef-in Üşaq Müdafiəsi və Sosial İş üzrə konsultanı kim fəaliyyət göstərmişdir.

Aytəkin xanım ABŞ-dakı sosial iş, şəhid və qazilər, onların problemləri və s. haqqında çox geniş və olduqca maraqlı təqdimatla çıxış etmişdir. Təlim müddətində, şəhid ailələri və qazilərlə işləyən dövlət qurumlarının sosial işçiləri və özəl təşkilatların bu sahədə çalışan nümayəndələrini və psixoloqlarımızı maraqlandıran müxtəlif suallar cavablandırılmış və qarşılıqlı diskussiya aparılmışdır. 130-a yaxın insanın iştirakı ilə təlim 3 saata yaxın davam etmişdir. İştirakçılara Kiaz platforması və “Azərbaycanda sosial iş” İB tərəfindən sertifikatlar veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
azAZ
en_USEN azAZ